Kənd məktəbinin məzunu 700 bal topladı - FOTO

Kənd məktəbinin məzunu 700 bal topladı - FOTO
  09 May 2017    Oxunub:76256
Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 7-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanında 7 abituriyent 700 bal toplayıb.
AzVision.az-ın məlumatına görə, rekorda imza atan abituriyentlərdən biri İsmayıllı rayonunun Lahıc qəsəbə orta məktəbinin məzunu Cəbrayılov Vahab Fuad oğludur.

"700 bal toplamağı qarşıma məqsəd qoymuşdum. Yüksək nəticə göstərmək üçün yaxşı oxumaq lazımdır. Vaxtımı ancaq oxumaqla keçirirdim. Ən yaxın dostum kitab idi. Bilirdim ki, yaxşı oxumaqla yüksək nəticə əldə etmək mümkündür".

V.Cəbrayılov Bakı Ali Neft Məktəbində mühəndislik ixtisası üzrə təhsil almaq istədiyini söyləyib.

Qeyd edək ki, imtahanda I ixtisas qrupu üzrə 5 abituriyent (İsmayıllı rayonu Lahıc qəsəbə orta məktəbi, Bakı şəhəri 220 saylı məktəb-lisey, Akademik Z.Əliyeva adına lisey, 162 saylı orta məktəb, Gəncə şəhəri 26 saylı Məktəb-Lisey Kompleksinin məzunları), IV ixtisas qrupu üzrə isə 2 abituriyent (Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya, Bakı şəhəri 287 saylı "Zəkalar" liseyinin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.



AzVision.az


Teqlər: DİM   İmtahan   İsmayıllı   Lahıc   700-bal  





Xəbər lenti