82 məktəbli qız əsirlikdən buraxılıb

82 məktəbli qız əsirlikdən buraxılıb
  07 May 2017    Oxunub:1472
"Boko Haram" ekstremist qruplaşmasının silahlıları Nigeriyada 3 il bundan əvvəl Çibok şəhərində məktəbdən qaçırılmış 82 məktəbli qızı əsirlikdən azadlığa buraxıblar.
Bunu Nigeriyanın rabitə nazirliyinin mətbuat katibi Sequn Adeyemi deyib.

Daha əvvəl Nigeriya prezidenti Məhəmməd Buxari deyib ki, hökumət əsirlikdə qalanların azad edilməsi barədə danışıqlar aparır.

Qeyd edək ki, 20144-cü ilin aprel ayının 14-də "Boko Haram" silahlıları Çibok şəhərində məktəbdən 276 məktəbli qızı qaçırıblar. Onlarda 57-si silahlıların əlindən qaça bilib. (Trend)

AzVision.az


Teqlər: Boko-Haram  





Xəbər lenti