Bakı Forumu başa çatıb

Bakı Forumu başa çatıb
  06 May 2017    Oxunub:1665
Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, bağlanış mərasimində 4-cü Ümümdünya Forumunun Təşkilat Komitəsinin katibi, Azərbaycan Mədəniyyət və Tuzim Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, YUNESKO, BMT Sivilizasiyalar Alyansının, Ümümdünya Ticarət Təşkilatının, Avropa Şurası, İSESKO-nun yüksək səviyyəli rəsmiləri çıxış ediblər.

Rəsmilər forumun əhəmiyyətindən danışıblar. Onlar vurğulayıblar ki, forum çərçivəsində beynəlxalq təşkilatların rəhbərlərinin ilk dəfə birgə yüksək səviyyəli görüşü, 40-dək sessiya və tədbir keçirilib.

Forumda ümumilikdə 800-dən çox xarici nümayəndə iştirak edib. Buraya yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, tanınmış alimlər, səfirlər, ictimai xadimlər daxildir.

Artıq qlobal mədəniyyətlərarası dialoq platformasına çevrilən Forumda ilk dəfədir ki, 25-dən çox beynəlxalq təşkilat rəhbər səviyyəsində təmsil olunub. Azərbaycan tərəfinin təklifi ilə Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər görüşü keçirilib.

Eldar Tanrlverdiyev
AzVision.az


Teqlər: Bakı-Forumu  





Xəbər lenti