Bakıda nazirlərin görüşü keçirilib

Bakıda nazirlərin görüşü keçirilib
  06 May 2017    Oxunub:1378
Dördüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 6-da nazirlərin görüşü keçirilib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilən görüşdə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən söz açılıb.

Tədbirdə 50-yə yaxın ölkənin mədəniyyət nazirlərinin, nazir müavinlərinin iştirak etdiklərini bildirən Ə.Qarayev vurğulayıb ki, Bakı Forumu beynəlxalq mədəniyyətlərarası dialoqa bir proses kimi baxır. Biz insanların arasında inam yaratmalıyıq. Bu tədbirlə biz müştərək dəyərləri paylaşırıq. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində üçüncü dəfədir ki, nazirlər görüşü keçirilir. Bu, Azərbaycanın mövqeyini əks etdirmək üçün çox yaxşı imkandır.

Mədəniyyətlərarası dialoqun bir tələb olduğunu vurğulayan nazir Forumun sülhə əsaslanan dünyanın qurulması məqsədini daşıdığını bildirib. Qeyd edib ki, bu toplantıda müzakirə olunan məsələlər, o cümlədən turizmin tolerantlığın, qarşılıqlı anlaşmanın və dialoqun xalqlar arasında dərinləşdirilməsinə töhfəsi çox aktualdır. Əslində bu mövzuda çıxış edən insanlar arasında bir konsensus müşahidə edilir. Dünyanın müxtəlif ölkələrini təmsil edən maraqlı dairələr eyni dəyərlərin paylaşıldığını qeyd edirlər. İnklüziv cəmiyyət ideyasının təşviq edilməsi qlobal sülhün və təhlükəsizliyin təmin edilməsində yeganə yoldur.

AzVision.az


Teqlər: Bakı-Forumu  





Xəbər lenti