ABŞ kəşfiyyatının baş tutmayan “Xəzər payızı”

ABŞ kəşfiyyatının baş tutmayan “Xəzər payızı”
  31 Avqust 2013    Oxunub:1328
Bu material obyektivlikdən uzaq və açıq-aydın sifariş xarakterli məqaləyə cavab olaraq yazılıb. Denis Korboy, Riçard Kozlariç, Kennet Yalovitzin müəlliləri olduğu “Cənubi Qafqaz üçün variantlar” (Choices for the South Caucasus) adlı həmin məqalə ABŞ-ın The New York Times qəzetində dərc olunub.

Lirik ricət:

“And you shall know the truth and the truth shall make you free” – “Siz həqiqəti öyrənəcəksiniz, həqiqət isə sizi azad edəcək” – “İncil”dən sitat gətirilən bu sözlər Vaşinqton yaxınlıqda yerləşmiş binanın divarına həkk olunub. Arxitekturasına - mərmər lövhələri, çəmənlikləri və geniş parkına görə kompleks universiteti xatırladır. Amma dekorasiyaların lakonizmi sakit dayanmağa icazə vermir və insanı daima onu müşahidə etməyə təhrik edir. Həmin bina “soyuq müharibə” dövründən qalan təşkilat - ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsidir. Burada külli miqdarda maliyyə, kadr və Vaşinqtonun SSRİ-yə qarşı istifadə etdiyi elmi-texniki materiallar saxlanılır. Ancaq SSRİ dağıldıqdan sonra vəziyyət mürəkkəbləşir, dünyanın geosiyasəti dəyişir, hətta fəaliyyət sferası gözlənilmədən başqa səmtə yönəlir. Bu gün dünya siyasi izləmə şəbəkələri ilə əhatə edilib, pilotsuz təyyarələr dünyanın istənilən nöqtəsində düşmənləri öldürür, Amerika planetin müxtəlif nöqtələrində eyni anda bir neçə hərbi əməliyyatı aparmaq üçün xərc çəkir. Görünür, real milli maraqların və həqiqi tərəfdaşlarla uzunmüddətli əməkdaşlığın inkişafına istiqamətlənmək daha vacibdir. Amma xarici siyasi fəaliyyətin bu cür quruluşu ABŞ-ı xarici siyasətini möhkəmləndirmək üçün ayrı-ayrı şəxslərin fitnəkar təşəbbüslərinə görə tez-tez sınaq xarakterli addımlar atmağa məcbur edirdi.

“Maraqların müdafiəsi və gələcəyə töhfə”

Tarixən xarici diplomatik nümayəndəliklər ölkənin milli maraqlarına və xarici ölkədəki vətəndaşların müdafiəsinə, ikitərəfli münasibətlərin nizama salınmasına xidmət edir. Məntiqi cəhətdən, rəhbərinin mövqeyinə uyğun təyin edilmiş diplomatik nümayəndə dövlətin xarici siyasətinin əsas məqsədini müəyyən edən fundamental milli maraqlara və dəyərlərə xidmət etməlidir. Ancaq hər şey bu qədər sadə deyil. ABŞ-ın Azərbaycanda səfiri postunu nümunə gətirək. Həmin mövzu artıq çeynənib, həm də burada əlavə izah tələb edən müəyyən nüanslar vardır. ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın səlahiyyətləri 2011-ci ilin sonunda bitdikdən sonra səs-küy bir az sakitləşdi. Onda ABŞ diplomatiyası daxili siyasətin qurbanı oldu – erməni diasporunun lobbiçiləri Metyu Brayzanın namizədliyinə qarşı etiraz edirdilər. Onlara görə, diplomatın “Azərbaycan və Türkiyə ilə sıx əlaqələri” mövcuddur. Nəticədə, ABŞ vətəndaşı olan arvadı türk əsilli olduğuna görə ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlarda elçisi və Xəzər regionunda energetika siyasətinin koordinatoru Vaşinqtona geri çağırılır. Diplomatın şəxsi həyatı ilə bağlı bu fakt təəssüf ki, nə birinci, nə də sonuncudur. Vəziyyətlə yaxından tanış olan xüsusi xidmət orqanları yarı uydurma, yarı gerçək həmin postun lənətləndiyini bildiriblər. 1994-1997-ci illərdə Azərbaycanda səfir olan Riçard Kozlariçi nümunə gətirək. Bu diplomatın fəaliyyəti uzun müddət radikal dəyişikliklərlə yaddaşlarda qalıb. Belə ki, Kozlariç dostlarını köməyi ilə içki məclislərindən kənarlaşdırılır və ayaq üstə güclə dayanırdı.

“Xalq üçün tiryək neçəyədir?”

Səfir Kozlariçin müxtəlif hansı qeyri-ənənəvi dini sektanın maraqlarını müdafiə etdiyi indiyədək məlum deyil. Bu ya Azərbaycanda hansısa “beşinci kolon”un yaradılması üçün cəhd idi, ya da diplomatın psixikasında problemlər var idi.

Bir dəfə Kozlariç dözməyib gənclər və idman nazirinin müavini İntiqam Babayevin mənşəyi və dininə işarə edərək bildirmişdi: “Siz bu adı əbəs yerə daşımırsınız, məndən sadəcə qisas alırsınız”.

Qeyd edək ki, səfir Kozlariçin maraqlarını müdafiə etdiyi sektalardan birinə Silvio Matti rəhbərlik edirdi. Finlandiya vətəndaşı olan Matti 80-ci illərin əvvəllərində Sovet İttifaqından çıxarılmışdı. O zaman, Qərblə münasibətlərin mülayimləşdirilməsi üçün sovet rəhbərliyinin yeni ideologiyasına görə “casusluq üçün” tez-tez görüşmürdülər... 90-cı illərin ortalarından isə həmin Matti ABŞ səfiri Riçard Kozlariçin himayəsindən istifadə edərək həmin təşkilatın nümayəndəsi kimi müstəqil Azərbaycana baş çəkməyə başlayır.

90-cı illərdə - maskalayan predmetlərin (pariklər, bığlar və saqqallar) və casusluq üçün gizli yerlərin tətbiqi vaxtı keçmişdə qalanda, Qərb və bəzi Yaxın Şərq ölkələrinin xüsusi xidmət orqanları Azərbaycanda “təsir göstərən agentlər”i axtarmağa başlayır. Ölkənin hələ formalaşma mərhələsində olduğunu, vəzifəpərəst, avantürist şöhrətpərəstlərin, özünə güvənənlərin, tamahkarların və prinsipsiz insanları cəlb etməyin asan olduğunu anlayan köhnə tülkülər və onların gənc varisləri hökumət nümayəndələri ilə görüşdülər. Məhz o zaman yüksək vəzifəli şəxslə əlaqəyə girmək barədə Lengliyə mesaj göndərilir. Əvvəlcə izah etmək lazımdır ki, agentlər iki tipə bölünür – müasir casus romanlarında və filmlərində göstərilən dəlillə tutulan və özləri gələn (“raket cizgisini satmaq istəyirəm” və ya “rejimlə mübarizə aparmaq üçün pul verin” və s.). İkinci tipi “təşəbbüsçü” adlandırmaq olar. Beləcə məlum olur ki, müəyyən şərtlərlə kömək üçün hansısa yüksək vəzifəli “təşəbbüskar” vardır. Həmin sövdələşmə “Neft baronu” kodunu aldı. Azərbaycan Milli Məclisinin sədri Rəsul Quliyev cəlbedici təkliflə müraciət etmiş həmin “təşəbbüskar” idi.

Quliyevin qurması

Rəsul Quliyev emiqrasiya etdikdə hər şey dəyişir. Lakin hər şey deyil, Quliyev öyrəşdiyi təmtəraqlı həyat tərzi yenə də qalır. O, Nyu-Cersidə evə, “Rolls-roys” və ABŞ-ın Vergi idarəsinin (Internal Revenue Service) araşdırmalarından yayınan çek kitabçasına malik idi. “Çox ağır əməklə” qazandığı dollarları isə bizim mühacir bir neçə ABŞ banklarında saxlayırdı.

Qorxu yox olur və “dekabrist” ambisiyaları meydana çıxır, lobbiçilərlə əlaqə qurulmağa başlayır. Burada siyasi quş - simurq olmaq ideyası yaranır… Öz hiyləgər təbiəti ilə Rəsul Quliyev Azərbaycanın siyasi Olimpinə qayıtmağa qərar verir. Silvio Matti ilə müqaviləni “unudub” bunun üçün bütün resurslarından istifadə edən Quliyev lobbi təşkilatlarının ciblərini doldurmağa başlayır. “Neft baronu” keçmiş kuratorunu – ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçi işə götürür.

Quliyevin 2-ci qurması

Avropa feministlərinin “bir dəfə aldadan, dəfələrlə aldadacaq” - məşhur deyimi yada düşür. İllər sonra Quliyev özünü xatırlatmağa qərar verir. O, ABŞ-a keçməyə kömək edən variantı təkrarlamağa qərar verir, lakin bu dəfə başqa komandanın xeyrinə. Quliyev Rusiyanın ABŞ-dakı səfiri Sergey İvan Kislyaka teleqram göndərir. Teleqramda bildirilir: “İlham Əliyevin idarəsi Rusiya-Azərbaycan münasibətlərinə ciddi xələl gətirir, çünki böyük dövlətin geosiyasi maraqlarına məhəl qoyulmur”. Sergey Lavrovun etibarlı adamı səfir Kislyak manifesti Rusiyanın xarici işlər nazirinə göndərir və müraciətdə yazılmış dəlillərin müzakirəsi üçün Quliyevlə görüşür. Quliyevlə Kislyakın danışıqlarının detalları məlum deyil. Amma bir şey məlumdur ki, amerikalılar bu görüşdən narazı qalıblar. Həmçinin ABŞ-ın vergi sistemi tərəfindən Quliyevin ABŞ və Avropa banklarında fırıldaq nəticəsində əldə etdiyi pullar aşkar olunub.

Casusluq ehtirasları və piyalə

Lap casuslardan bəhs edən romanların başlığına oxşayır, lakin ABŞ və Dövlət departamentinin casusluq oyunları, “bacarıqsızlığı” bir romandan daha əyləndiricidir. Məsələn, 2005-ci ildə daha bir könüllü -“təşəbbüskar” REAL hərəkatının həmtəsisçisi İlqar Məmmədov da amerikalılara qoşuldu və qısa zamanda Lenqlidə “depeşe” (fövqəladə hallarda göndərilən diplomatik məktub) ulduzuna çevrildi. Sözügedən “depeşe”də göstərilir ki, “2005-ci ildə İlqar Məmmədovun şəxsi təşəbbüsü ilə, Milli Məclisə deputat seçilməklə bağlı Azərbaycanın yüksək səviyyəli məmurları ilə görüşləri bir nəticə vermədiyindən o, öz xidmətlərini ABŞ-a təklif edib”. Maraqlı faktdır - sözügedən araşdırmanı aparan ABŞ-ın Azərbaycandakı işlərini müvəqqəti olaraq həyata keçirən zabit Donald Ludur. Yaxşı məlumatlı mənbələrin məlumatına görə, müəyyən dairələr arasında “Madam Don” kimi də tanınır. Onun adı Vikiliks materiallarında da hallanır. Qayıdaq yenə də Azərbaycana. Beləliklə, İlqar Məmmədov ABŞ-ın Bakıdakı səfirliyinə işə düzəlib və bir müddət sonra diplomatik nümayəndəlikdən olan digər bir həmkarı Dadaş Alışovla birgə Azərbaycan Milli məclisinin deputatlığına namizədliyini irəli sürüb. Məmmədov deputat ola bilməsə də, bəzi Amerika məmurları ilə yaxşı əlaqələr yarada bildi. Beləliklə, bir müddət sonra bir sıra Qərb dairələrinin maliyyə dəstəyi ilə REAL hərəkatı yaradıldı. Xaricdəki məlumatlı mənbələrin məlumatına görə, 2013-cü ildə bu qrupa verilən tapşırıqlardan biri, İsmayıllıda qarmaqarışıqlıq yaratmaqla yanaşı “Xəzər payızı planında” iştirak etmək idi. Bu plana nəzərən oktyabr ayında Azərbaycanda baş qaldıran etiraz aksiyaları və qarşıdurmaların miqyası böyüyərək Xəzər dənizinin digər sahillərinə - Orta Asiya ölkələrinə də çatmalı idi . Bütün bunlar Suriyada pisləşməkdə olan vəziyyətin fonunda bütövlükdə regionun -Yaxın Şərqdən Mərkəzi Asiyaya qədər ərazilərin işğalı ilə nəticələnə bilərdi. Çox güman ki, Rusiya Çin və Hindistan kimi ölkələrin sərhədlərində münaqişə ocaqları yaratmaqla bu ölkələrin diqqətini yayındırmaq da nəzərdə tutulmuşdu.

Xüsusi təyinatlı agentlər

Bu məsələyə gəlincə, amerikanın casusluq lüğətində yer alan “burnable asset”ifadəsini qeyd etmək yerinə düşər. Bu ifadəni sözbəsöz tərcümə etmək çox çətindir, ancaq bunu azərbaycan dilində ən uyğun qarşılıq “Xüsusi təyinatlı agentlər”dir. Bəs casusluq terminalogiyasının dərinliklərində bu kimi terminlərə müraciət nəyə lazımdır? Beləliklə, bu termin təkcə Azərbaycanın casusluq azarkeşləri və ya “təşəbbüskarları”nın deyil, yuxarıda adları qeyd olunan nüfuzlu The New York Times qəzetində “Cənubi Qafqaz üçün variantlar” yazısının müəllifləri olan 4 amerika diplomatına şamil olunan bir termindir. Məlum olduğu kimi söhbət Avropa Şurasının Ermənistan və Gürcüstanda xidmət göstərmiş səfiri Denis Korboye, ABŞ və Qazaxstan və Gürcüstanda səfiri olmuş Uliyam Kortni, ABŞ Belarusiya və Gürcüstanda keçmiş səfiri Kennet Yalovitsa, eləcə də müxtəlif vaxtlarda ABŞ-ın Azərbaycanda və Bosniya Hersoqovinada keçmiş səfiri Riçard Kozlariçdən gedir. Məqaləni yazan bu keçmiş diplomatlar sözün əsl mənasında biri-birinə “ayı xidməti” göstəriblər. Ancaq bundan sonra çətin ki, regionda fəaliyyət göstərən hansısa bir təşkilat onları ciddiyə alsın. Adlarını çəkdiyimiz 3 diplomat öz xırda avtoritetlərini qurban verərək dördüncüyə-Riçard Kozlariçə xidmət ediblər. R. Kozlariç isə ona verilən tapşırığı son quruşuna qədər canla-başla yerinə yetirib. Təəcüblü deyil ki, məhz Azərbaycanın adı bütün məqalə boyu mənfi olaraq işıqlandırılır. Bununla yanaşı Ermənistanın Azərbaycan ərazilərini, Dağlıq Qarabağı işğal etməsi barədə heç bir məlumat verilmir. Buradan belə bir nəticə çıxır ki, ya Vaşinqtonda kimsə 2003, 2005, 2008, 2010-cu illərdə Azərbaycanda seçkilər zamanı ölkəyə təzyiq sxemini dəstəkləyir, ya da kimsə Azərbaycandan Rusiya ilə əlaqələrinin inkişafına görə acığını çıxır. Hər iki halda, xüsusi xidmət orqanlarının və yaxud da müəyyən nüfuzlu dairələrin köməyi olmadan bu elə bir məqalənin ortaya çıxması mümkün deyil, başqa sözlə desək, The New York Times elə-belə, təsadüfü materialları dərc etmir.

Siyasi qısqanclıq

Yeri gəlmişkən, Rusiya haqqında. Ola bilər ki, amerikalılar həqiqətən də Bakı ilə Moskva arasında ziddiyyətlərin olmamasından narahatdır. Lakin, bu halda belə, bu cür emosional narahatlıq üçün heç bir səbəb yoxdur. Azərbaycan həmişə mehriban qonşuluq, bütün ölkələrlə əməkdaşlıq prinsiplərinə söykənən çoxşaxəli siyasət yürüdüb. Ola bilər ki, bəzi amerikalılar bu yaxınlarda Putinin Bakıya səfərindən narahat olublar. Rusiya prezidentinin səfəri, Rüstəm İbrahimbəyov başda olmaqla Milli Şuranın arxasında Moskvanın dayanması ilə bağlı şübhələrə son qoydu. Bu barədə düşüncələr keçmişə dönüb tarixin “mənasız” səhifəsi kimi bir küncündə qaldı. Nə deməli, bu ssenari Rusiyanın yeni müstəqil dövlətlərlə “isti” münasibətlərinə qısqanclıqla yanaşan amerikan antoqonistləri üçün heç də xoş olmadı. Səbr kasasının daşmasına isə çox az vaxt qalıb. Bu kasanı daşdıran son damcı isə 4 diplomatın Azərbaycan haqqında təhrif olunmuş məlumatlarla dolu qərəzli məqaləsi ola bilər. Həmçinin qeyd edək ki, sözügedən məqalədə müəlliflər Azərbaycanın dünya masştabında iqtisadi inkişafı, əhalisinin həyat səviyyəsinin yaxşılaşması, işsizliklə uğurlu mübarizə, demokratik dövlət qurulması istiqamətində aparılan çoxsaylı islahatlar barədə heç bir məlumat verməyiblər. Müəlliflər Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir mühüm irəliləyişin olmamasının əsl səbəblərini inkar ediblər. Keçmiş diplomatlar Ermənistanın məkrli, işğalçı siyasətini ifşa edən məqamlarda çox ustalıqla yan keçiblər.

Tərcümə:
Səbinə Həsənova
Leyla Cavadova

AzVision



Teqlər:  





Xəbər lenti