Onlar 700 bal topladılar - FOTOLAR

Onlar 700 bal topladılar - FOTOLAR
  04 May 2017    Oxunub:22456
Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 30-da II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanında 700 bal toplayan abituriyentlərin adları məlum olub.
AzVision.az-ın məlumatına görə, rekorda imza atan məzunlardan ikisi qız, biri oğlandır.

Ağcabədi şəhəri, 3 saylı məktəb-liseyin şagirdi Məmmədzadə Arzu Ramil qızı və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu olan Cavad Əliyev II ixtisas qrupu üzrə qəbul imtahanlarında ən yüksək nəticəni göstəriblər.

Digər 700 bal toplayan abituriyent Bakı şəhəri, Zərifə Əliyeva adına liseyin məzunu Səbinə İsmayılovadır. O, III ixtisas qrupu üzrə imtahanlarda bütün suallara düzgün cavab tapa bilib.

S.İsmayılova bu il keçirilən Respublika fənn olimpiadasında tarix fənni üzrə III yeri tutub.







Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   İmtahan   700-bal  





Xəbər lenti