DİN polis rəisinin yalanını üzə çıxartdı

DİN polis rəisinin yalanını üzə çıxartdı
  30 Avqust 2013    Oxunub:1091
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun qardaşı Əli Əsgərovun qəza nəticəsində bir nəfəri güllələməsi xəbərini Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov təsdiqləyib.

`Bu barədə araşdırma aparılıb, saytımızda da məlumat vermişdik`-deyə E.Zahidov bildirib.

Qeyd edək ki, Tovuz rayon Polis İdarəsinin rəisi Vaqif İsmayılov müsavat.com-a açıqlamasında məlumatı təkzib edib. Bildirib ki, rayon ərazisində belə bir hadisə olmayıb. V.İsmayılovun dediyinə görə, Əli Əsgərov ehtiyatsızlıq üzündən heç kimi güllələməyib. Polis rəisi söyləyib ki, Ə.Əsgərovun səhhətində problem var, ola bilsin onu buna görə işdən azad ediblər.

Xatıradaq ki, bu gün saytımızada Tovuz Dövlət Dəmiryol Stansiyasının rəisi Əli Nəriman oğlu Əsgərovun tutduğu vəzifədən azad edilməsi ilə bağlı xəbər yayılıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti