Çingiz Qurbanovun qardaşı təhsil haqqından azad olundu

Çingiz Qurbanovun qardaşı təhsil haqqından azad olundu
  02 May 2017    Oxunub:1799
Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasında Milli Qəhrəman Çingiz Qurbanovun qardaşı Beydulla Qurbanovun təhsil haqqı məsələsi müzakirə olunub.
AzVision.az-ın məlumatına görə, AzTU-nun rektor əvəzi, Elmi Şuranın sədri Xalıq Yahudov bildirib ki, Beydulla Qurbanov universitetin Avtomatika və kompyuter texnikası (AKT) fakültəsində ödənişli əsaslarla oxuyur. Şəhid ailələrinə, Milli Qəhrəmanlara və ailə üzvlərinə qayğı göstərilməsinin Azərbaycanın dövlət siyasətinin prioritetlərindən olduğunu deyən Xalıq Yahudov Şura üzvlərinə Beydulla Qurbanovun təhsil haqqının universitetin hesabına ödənilməsini təklif edib və qərar yekdilliklə qəbul olunub.

İclasda, həmçinin Prezident İlham Əliyevin tapşırığı ilə Çingiz Qurbanovun ailəsinə göstərilən qayğıdan da danışılıb. Bildirilib ki, Milli Qəhrəmanın ailə üzvlərinə Bakının Xətai rayonunda 5 otaqlı mənzil və Qusar rayonunda ev tikmək üçün torpaq sahəsi verilib. Bundan əlavə onların digər sosial problemlərinin həlli də aidiyyəti dövlət orqanlarının nəzarətindədir.

Qeyd edək ki, Milli Qəhrəman Çingiz Qurbanov özü də Azərbaycan Texniki Universitetinin məzunu olub.

AzVision.az



Teqlər: Milli-Qəhrəman   AzTU  





Xəbər lenti