Elmar Məmmədyarov da seçkilərdən danışdı

Elmar Məmmədyarov da seçkilərdən danışdı
  29 Avqust 2013    Oxunub:955
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 29-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Tana de Zuluetonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi durum və seçkiləri müşahidə etmək üçün beynəlxalq və yerli müşahidəçilər üçün yaradılmış şərait müzakirə edilib.

E. Məmmədyarov ATƏT-in Seçki Müşahidə Missiyasının fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən lazımı şəraitin yaradıldığını və ölkəsinin əməkdaşlığa hazır olduğunu bildirib.

Xanım Tana de Zulueto Azərbaycanda keçiriləcək prezident seçkilərinin monitorinq proqramı və müşahidə missiyasının tərkibi, eləcə də qısa və uzunmüddətli missiyalar haqqında məlumat verib.


Teqlər:





Xəbər lenti