Misir fironunun məqbərəsi tapıldı

Misir fironunun məqbərəsi tapıldı
  19 Aprel 2017    Oxunub:1487
Misirli arxeoloqlar ölkənin Cənubundakı Luksor rayonunda Qədim Misir fironlarının XVIII sülaləsi dövrünə aid yüksək vəzifəli müşavirin məqbərəsini aşkar ediblər.
Misirin qədim abidələr naziri Xalid əl-Ənaninin verdiyi məlumata görə, məqbərədə çoxsaylı heykəllər və mumiyalar tapılıb.

Luksorun qədim abidələr üzrə baş direktoru Mustafa Vəziri bildirib ki, Luksorun qərbində fironlar sülaləsi dövrünün Osorxat adlı müşavirinin türbəsində 1000-dən çox heykəl, xeyli mumiya, habelə məqbərəyə aid alətlər tapılıb.

Qeyd etmək lazımdır ki, qədim Misir fironlarının XVIII sülaləsi təqribən eramızdan əvvəl 1550-1292-ci illərdə hakimiyyətdə olub. Bu, ən məşhur sülalələrdən biri sayılır. Şahzadə Xatşepsut, məşhur Tutanxamon və din islahatçısı Exnaton bu sülaləyə mənsub olublar. (AzərTAc)

AzVision.az


Teqlər: Misir   Firon   Məqbərə  





Xəbər lenti