Prokurorluq orqanlarına iş elanı

Prokurorluq orqanlarına iş elanı
  18 Aprel 2017    Oxunub:2437
İnformasiya və kommunikasiya texnologiyalarının ölkəmizin davamlı və dayanıqlı inkişafının təmin edilməsində, intellektual potensialının gücləndirilməsində, korrupsiyaya qarşı mübarizədə, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsində, informasiya cəmiyyətinin formalaşdırılmasında səmərəli vasitə kimi qəbul edilməsinə dair ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyə və göstərişlərini rəhbər tutan Respublika Baş Prokurorluğu Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın prokurorluq orqanlarında icrası ilə əlaqədar yaradılmış Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinə bu sahədə zəruri biliklərə malik mütəxəssislərin (3 mühəndis-proqramçı və 1 veb-dizayner) işə qəbulunu elan edir.
Bu barədə AzVision.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, mühəndis-proqramçı ixtisası üzrə tələb olunan biliklər:

Məlumat bazası bilikləri: MySql, MsSql, Oracle, OraclePl/Sql
Proqram bilikləri: Java, C#
Web Texnologiyaları: HTML, CSS, JavaScript, Ajax, JQuery, Angular js
Mobil proqramlaşdırma: Android, Ajax
Java Web Texnologiyaları: Servlet, JSP, JSF, Primefaces
Web Servislər: SOAP, Restful, DevExpress (.Net)
Project Management Tools (Ant, Maven)
Versioncontrol (SVN, VisualSvn, Git /Git Hub)
Reporting (FastReport, XtraReport, JasperReport)
Application Servers (Glassfish, Tomcat, JBoss)
Əməliyyat Sistemləri (Oracle Enterprise Linux, CentOS, FTP-server)
Veb-dizayner ixtisası üzrə tələb olunan biliklər:
Adobe Illustrator, Photoshop, InDesign, AfterEffects, Premiere, Audition, Corel DRAW, QuarkXPress;
HTML5, CSS3, Bootstrap Framework, JavaScript, JQuery, MooTools, Prototype, AngularJS;
PHP (+ Laravel PHP Framework), MySQL, AJAX, NodeJS;
RESTful veb servislərlə işləyə bilmək bacarığı;
Microsoft Windows və Linux (Ubuntu, CentOS, Debian) əməliyyat sistemlərində terminal səviyyəsində işləmək bacarığı.

İşə qəbulla əlaqədar namizədlər CV formalarını Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin elektron poçt ünvanına ([email protected]) göndərə bilərlər.

AzVision.az



Teqlər: BaşProkurorluq  





Xəbər lenti