"Bakıdan öyrənəcəyimiz çox şey var" - Vitali Kliçko

"Bakıdan öyrənəcəyimiz çox şey var" - Vitali Kliçko
  13 Aprel 2017    Oxunub:2280
“Bakıdan öyrənə biləcəyimiz, beynəlxalq tədbirlərin keçirilməsi baxımından əldə edilmiş müsbət təcrübədən istifadə etmək üçün çox şey var”. Bunu Bakıda səfərdə olan Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Vitali Kliçko jurnalistlərə açıqlamasında deyib.
Azərbaycan Prezidenti İlham Əliyev ilə bu gün baş tutan görüşü şərh edən V.Kliçko, Kiyev və Bakı arasındakı əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirə olduğunu bildirib.

“Bu əlaqələrin daha sıx olması çox vacibdir”, - Kliçko vurğulayıb. O, biznes, mədəni əlaqələrin, idman sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

O, Bakının bundan əvvəl “Eurovision” mahnı müsabiqəsi kimi yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etdiyini xatırladıb və bu təcrübənin Kiyev üçün faydalı ola biləcəyini qeyd edib.

Kiyev meri Bakıda keçirilən Şopinq festivalını şərh edərkən belə tədbirlərin insanlara daha geniş imkanlar verəcəyini bildirib: “Bu, şəhərin, o cümlədən turizm potensialının inkişafına təkan olacaq”.(Report.az)

AzVision.az




Teqlər: Ukrayna   Kiyev   Azərbaycan   Kliçko  





Xəbər lenti