Nazir vətəndaşları xəstəxanada qəbul edəcək

Nazir vətəndaşları xəstəxanada qəbul edəcək
  29 Avqust 2013    Oxunub:1027
Səhiyyə naziri Oqtay Şirəliyev avqustun 30-da Şəki, Balakən, Zaqatala, Oğuz, Qax və Qəbələ rayon sakinlərini qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, saat 14:00-da Şəki Rayon Mərkəzi Xəstəxanasının Yeni korpusunda keçiriləcək görüşdə nazir səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda həmçinin sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Görüşdə iştirak etmək istəyənlər Şəki Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.




Teqlər:





Xəbər lenti