Vergidə işləmək istəyənlərin nəzərinə!

Vergidə işləmək istəyənlərin nəzərinə!
  13 Aprel 2017    Oxunub:1566
Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə aprelin 15-də vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
DİM-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, namizədlər 14 aprel saat 18:00-dək “imtahana buraxılış vərəqəsi”ni Vergilər Nazirliyinin inzibati binasından götürməlidirlər. İmtahan saat 11:00-da başlayır və Bakı Dövlət Universitetində - 3 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün 1324 namizəd qeydiyyatdan keçib. Prosesin idarə edilməsi üçün 123 nəzarətçi-müəllim, 13 imtahan rəhbəri ayrılıb.

İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Onlardan 80 sual qanunvericilik sahəsi, 10 sual informatika, 10 sual isə məntiqi nəticə çıxarmaq bacarıqlarının yoxlanılması üçün nəzərdə tutulur. Qanunvericilik üzrə suallar Vergilər Nazirliyi, digər suallar isə DİM tərəfindən hazırlanır.

Müsabiqənin test imtahanı mərhələsinin suallarını (məntiq və informatika sahələri üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsinin müvafiq alt bölməsində yerləşdirilib.

İmtahan 3 sааt dаvаm еdəcək. Hər suаl 1 bаllа qiymətləndirilir. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.

AzVision.az


Teqlər: DİM   VergilərNazirliyi   İş   İmtahan  





Xəbər lenti