Magistratura imtahanının nəticələri açıqlanıb

Magistratura imtahanının nəticələri açıqlanıb
  11 Aprel 2017    Oxunub:1593
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb.

AzVision.az DİM-ə istinadən xəbər verir ki, bakalavrlar DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Qeyd edək ki, mtahanda iştirakı nəzərdə tutulan 13081 bakalavrdan 109 nəfəri imtahana gəlməyib. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 99 bal olub.

Magistraturaya qəbul imtahanının II mərhələsi isə iyunun 4-də keçiriləcək və bakalavrların ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

AzVision.az


Teqlər: DİM   İmtahan   Magistratura  





Xəbər lenti