Abdullah Gül: “Azərbaycan hər zaman qəlbimizdədir”

Abdullah Gül: “Azərbaycan hər zaman qəlbimizdədir”
  11 Aprel 2017    Oxunub:3006
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Türkiyə Respublikasının sabiq Prezidenti Abdullah Gülün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzVision.az xəbər verir ki, dövlət başçısı A. Güllə Bakıda, Türkiyədə və başqa ölkələrdə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb. “Azərbaycan hər zaman bizim qəlbimizdə, könlümüzdədir” deyən A. Gül Türkiyədə baş nazir və prezidentlərin, o cümlədən özünün də ilk xarici səfərlərini Azərbaycana etməsindən məmnunluğunu ifadə edib.

A. Gül ölkəmizə hər gəlişi zamanı Azərbaycanın sürətli inkişaf etdiyinin və daha da gözəlləşdiyinin şahidi olduğunu deyib.

Öz növbəsində dövlət başçısı kimi ilk rəsmi səfərlərinin Türkiyəyə həyata keçirdiyini məmnunluqla qeyd edən prezident İlham Əliyev yüksək rütbəli dövlət məmurlarının da ənənəvi olaraq bu cür qarşılıqlı səfərlərinin önəmini vurğulayıb.

Söhbət zamanı dövlət başçısı son bir neçə ildə Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlarla bağlı məlumatları diqqətə çatdırıb.

AzVision.az


Teqlər: Azərbaycan   Türkiyə   İlhamƏliyev   AbdullahGül  





Xəbər lenti