Ramiz Mehdiyev Patruşevlə Suriyadakı vəziyyəti müzakirə edib

Ramiz Mehdiyev Patruşevlə Suriyadakı vəziyyəti müzakirə edib
  11 Aprel 2017    Oxunub:2243
Azərbaycanda səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşüb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, görüşdə ölkələr arasında ikitərəfli münasibətlər, beynəlxalq və regional təhlükəsizlik məsələlər müzakirə edilib.

“Nikolay Patruşev və Ramiz Mehdiyev vurğulayıb ki, Rusiya və Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, ikitərəfli dialoq etibarlılıqla və konstruktivliklə daim fərqlənir. Tərəflər beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə edib. Yaxın Şərq və Suriyadakı vəziyyət əsas diqqət mərkəzində olub.

Tərəflər təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlıq məsələlərini, o cümlədən iki ölkənin sərhədi vasitəsilə malların və insanların qanunsuz yerdəyişməsi ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyət perspektivlərini və əməkdaşlığın möhkəmləndirilməsi məsləsini də müzakirə ediblər.

Məsləhətləşmələr Rusiya və Azərbaycan Təhlükəsizlik Şurası aparatları arasında mövcud olan Əməkdaşlıq Planı çərçivəsində keçirilib. Bakıya işgüzar səfərinin sonunda Nikolay Patruşev Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti rəhbəri Mədətov Quliyevlə iki ölkənin xüsusi xidmət orqanları arasında əməkdaşlıq məsələlərini müzakirə edib” - Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatına bildirilib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Azərbaycan   PA   RamizMehdiyev   Patruşev  





Xəbər lenti