İmtahan nəticələri açıqlandı

İmtahan nəticələri açıqlandı
  11 Aprel 2017    Oxunub:4572
Dövlət İmtahan Mərkəzi (DİM) baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya keçirilmiş qəbul imtahanının I mərhələsinin nəticələrini elan edib.

DİM-dən AzVision.az-a verilən məlumata görə, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1077 namizəddən 11 nəfəri imtahana gəlməyib. 1 namizəd imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub. 664 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyərək ikinci mərhələyə buraxılıb.

Ən yüksək nəticə, toplanılması mümkün olan 100 baldan 83 bal olub.

Qeyd edək ki, rezidenturaya qəbul imtahanının II mərhələsi iyulun 5-də keçiriləcək və namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti