Tələbələr də müəllim vakansiyya imtahanlarına qatıla bilər

Tələbələr də müəllim vakansiyya imtahanlarına qatıla bilər
  29 Avqust 2013    Oxunub:1310
Təhsil naziri belə deyib.
“Qiyabi bakalavr təhsilli tələbələr də müəllim vakansiya imtahanlarına əminliklə qatıla bilərlər. Azərbaycanin müəllimlərin təkmilləşdirilməsi hər zaman diqqət mərkəzində olmalıdır”.

Bunu Təhsil naziri Mikayıl Cabbarov, təhsillə bağlı nazirliyin Facebook səhifəsinə müsahibəsində deyib.

Nazir bildirib ki, hər bir təhsil sisteminin gücü, həmin məktəbdə fəaliyyət göstərən müəllimlərin səviyyəsindən ustün ola bilməz: “Təhsilin səviyyəsinin yaxşılaşdırılması məqsədilə müəllimlərin ixtisas artırma kurslarının təşkili, daimi hazırlıq təşəbbüslərinin həyata keçirilməsi nəzərdə tutulur. Atestatların hər kəsə verilməməsi orta məktəblərdə korrupsiya hallarının mövcud olmasına şərait yaradırdı. Əgər şagird atestat ala bilmirdisə, qəbul imtahanlarında iştirak edə bilmirdi, bu zaman onlara qarşı haqsızlıq edilirdi. Hər kəs məktəbi bitirməyi barədə sənədə sahib olmalıdır”.

Mikayıl Cabbarov, məktəblərdə yığılan fond pulları ilə bağlı araşdırılma aparıldığını bildirdi. Onun sözlərinə görə, 160-dan çox məktəblərdə cari təmirlər üçün Təhsil və Maliyyə Nazirliyinin büdcəsindən vəsait ayrılib.

“Ali məktəbi bitirmiş şəxs 5 il işsiz qalarsa, onun diplomu qüvvədən düşəcəkmi” - sualını cavablandıran nazir, diplomun hər zaman qüvvədə qaldığını deyib: “Yalnız tibb sahəsində müəyyən müddət keçərsə daim ixtisasartırma kurslarından keçməlidilər. Digər ixtisaslara şamil edilmir”.

Qeyd edək ki, yeni tədris ili sentyabrın 16-sı başlayacaq.


Teqlər:





Xəbər lenti