Mikayıl Cabbarov tapşırıq verdi

Mikayıl Cabbarov tapşırıq verdi
  29 Avqust 2013    Oxunub:959
Təhsil naziri Mikayıl Cabbarov Şəkidə Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Təhsil şöbələri müdirlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər, əsasən müəllimlərin işə qəbulu, ucqar kənd məktəblərində işləyən müəllimlərə müvafiq həvəsləndirmə tədbirlərinin tətbiqi, bir təhsil müəssisəsindən digərinə köçürülmə, təhsil haqqından azad olunma, təhsil sənədlərinin tanınması, xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu və digər məsələlərlə əlaqədar olub.

Qəbulda 61 nəfər vətəndaşın müraciəti dinlənilibş, əksər məsələlər yerində həllini tapıb. Bir sıra müraciətlərlə bağlı təhsil şöbələrinin müdirlərinə və nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti