70 mindən çox abituriyent ərizəsini təsdiqləyib

70 mindən çox abituriyent ərizəsini təsdiqləyib
  07 Aprel 2017    Oxunub:1055
Xəbər verildiyi kimi, ali təhsil müəssisələrinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu aprelin 10-da başa çatacaq.

Abituriyentlər “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiqləyirlər.

Aprelin 6-na olan məlumata əsasən birinci-beşinci ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən 70 mindən çox abituriyent elektron ərizəsini təsdiqləyib.

Aprelin 10-dək elektron ərizəsini təsdiqləməyənlər imtahana buraxılmayacaqlar.

AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti