Ali məktəblərə ərizə qəbulu davam edir

Ali məktəblərə ərizə qəbulu davam edir
  05 Aprel 2017    Oxunub:2440
Doqquzillik təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə ərizə qəbulu başa çatıb. 19 min 172 nəfər elektron ərizəsini təsdiqləyib. Onlardan 18 min 511-i Azərbaycan, 661-i isə rus bölməsinin məzunlarıdır.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin (DİM) müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiqləyirlər. Qeyd olunan tarixədək elektron ərizəsini təsdiqlətməyənlər imtahana buraxılmayacaqlar.

Ali təhsil müəssisələrinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu isə aprelin 10-dək davam edəcək. Abituriyentlər “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiqləyirlər. Aprelin 5-nə olan məlumata əsasən birinci-beşinci ixtisas qruplar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən 66 min 286 nəfər elektron ərizəsini təsdiqləyib. Aprelin 10-dək elektron ərizəsinin təsdiqləməyən şəxslər imtahana buraxılmayacaqlar.

AzVision.az


Teqlər: DİM   İmtahan   Qəbul  





Xəbər lenti