` EL hərəkatı dağılmağa başlayıb`

` EL hərəkatı dağılmağa başlayıb`
  27 Avqust 2013    Oxunub:1028
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri "EL" hərəkatında baş verən parçalanmaları hərəkatın sağlam məqsədlər əsasında yaradılmaması ilə əlaqələndirib.

ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, təşkilatlar sağlam ideya, sağlam məqsədlər ətrafında birləşmirlərsə, onların mövcudluğu həmişə sual altında olur.

S.Cəlaloğlunun sözlərinə görə, əvvəlcədən bilinirdi ki, bura yığışan adamlar əqidə uğrunda, məslək uğrunda, necə deyərlər "din uğrunda yox, un uğrunda vuruşa" girmişdilər: "İndi ortalıqda un yoxdur deyə dağılırlar: "El" hərəkatı, Milli Şura nəyə görə yığışmışdılar bir yerə? Guya Rüsiya Rüstəm İbrahimbəyova dəstək verəcək, hakimiyyətə gələcəklər və kimlərsə oradan pay alacaq".

ADP sədri qeyd edib ki, o şans aradan çıxıb deyə indi mərkəzdənqaçma meyilləri artıb, "EL" hərəkatı dağılmağa başlayıb, hətta Milli Şuranın yarısı Milli Şuranı ittiham edən qüvvəyə çevrilib.(trend)


Teqlər:





Xəbər lenti