Çingiz Qurbanovun adına xüsusi auditoriya yaradılıb - Fotolar

Çingiz Qurbanovun adına xüsusi auditoriya yaradılıb - Fotolar
  14 Mart 2017    Oxunub:4767
Azərbaycan Texniki Universitetində Milli Qəhrəman Çingiz Qurbanovun adına xüsusi auditoriya yaradılıb.
AzVision.az xəbər verir ki, universitetin Xüsusi texnika və texnologiya fakültəsində yaradılan auditoriyada tələbələrə optatexnika ixtisası üzrə dərslər tədris olunacaq. Zəruri avadanlıqlarla təmin olunan auditoriyaya qəhrəmanın portreti qoyulub.

AzTU-nun Xüsusi Texnika və texnologiya fakültəsinin dekanı Ramiz Hüseynovun sözlərinə görə, xüsusi auditoriya Milli Qəhrəmanın bir vaxtlar dərs aldığı sinif otağı olub. Dekan qeyd edib ki, doğma fakültəsi Çingizi heç vaxt unutmayacaq və onun qəhrəmanlığını daima tələbələrə təbliğ edəcək.

Xatırladaq ki, 29 dekabr 2017-ci ildə Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa çalışan erməni kəşviyyat-diversiya qrupunun qarşısını alarkən şəhid olan Milli Qəhrəman Çingiz Qurbanov 2015-ci ildə optotexnika ixtisası üzrə AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin bitirib.





Anar Kəlbiyev
AzVision.az


Teqlər: MilliQəhrəman   Çingizqurbanov   AzTU  





Xəbər lenti