Şampunun içindən heroin çıxdı - FOTO

Şampunun içindən heroin çıxdı - FOTO
  27 Avqust 2013    Oxunub:1132
Penitensiar xidmətin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən həmin müəssisəyə qadağan olunan əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında 1974-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılan Ruslan Alim oğlu Quliyevə əmisi oğlu Məhəmməd Mətləb oğlu Quliyevin gətirdiyi sovqata baxış keçirilib.

Bu zaman “Ramis” yuyucu tozunun içərisində gizlədilən 50(əlli) ədəd “Travmal” kapsulalarının içərisinə qablaşdırılan və ümumi çəkisi 13.045 qram və “Wash&go” şampununun içərisində qızılı siqaret kağızına bükülməklə orada gizlədilən 1.301 qram olmaqla ümumilikdə 14.346 qram narkotik vasitə olan “Heroin” aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.


Teqlər:





Xəbər lenti