Qəbul imtahanlarının qiyməti dəyişə bilər

Qəbul imtahanlarının qiyməti dəyişə bilər
  07 Mart 2017    Oxunub:1834
“Gələcəkdə qəbul imtahanlarının daha da mürəkkəb olması imtahanda iştirak üçün ödənişlərin artırılmasına təsir göstərə bilər”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə abbaszadə deyib. Onun sözlərinə görə, gələcəkdə qəbul imtahanları üçün ödənişin məbləği dəyişə bilər.

“Bu daimi prosesdir və Tarif Şurası tərəfindən bu məsələ diqqətdə saxlanılacaq”.

M.Abbaszadə əlavə edib ki, müəyyən şəxslər qəbul imtahanını bir növ oyuncağa çevirmişdilər və imtahanların ödənişli olması haqqında qərar məsuliyyətsizliyi aradan götürəcək.

DİM DŞ sədri bildirib ki, abituriyentlər üçün güzəşt dövlət tərəfindən yalnız bir dəfə qəbul imtahanında iştirak üçün ödənişin verilməsidir.

Aytən Zəhra
AzVision.az


Teqlər: İmtahan   DİM   Qiymət  





Xəbər lenti