Nazir Sadiq Gözəlova DİN-də yeni vəzifə verdi

Nazir Sadiq Gözəlova DİN-də yeni vəzifə verdi
  02 Mart 2017    Oxunub:5154
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin sabiq rəisi, təqaüddə olan polis polkovniki Sadiq Gözəlova yeni vəzifə verilib.
DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov faktı AzVision.az-a təsdiqləyib. Bildirib ki, daxili işlər naziri Ramil Usubovun müvaqif əmri ilə Sadiq Gözəlov Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fonduna direktor təyin edilib.

Xatırladaq ki, bu ilin yanvar ayında daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, nazirliyin fəxri fərmanı ilə təltif olunub.

Qeyd edək ki, Sadiq Gözəlova DİN-də yeni vəzifə verilməsi ilə bağlı ilk məlumatı Report.az saytı yayıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti