Astanada Xocalı soyqırımı anılıb - Fotolar

Astanada Xocalı soyqırımı anılıb - Fotolar
  24 Fevral 2017    Oxunub:2958
Qazaxıstanın paytaxtı Astanada “Soyqırımlarından azad dünya naminə” foto-sərgi açılıb.
Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkil etdiyi tədbirə həmin ölkənin parlamentinin deputatları, o cümlədən Azərbaycan Milli Məclisinin üzvləri, Azərbaycan-Qazaxıstan dostluq qrupunun rəhbəri Adil Əliyev, həmin qrupun üzvü Naqif Həmzəyev, KİV nümayəndələri, ziyalılar qatılıblar.



Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov 22 fevral tarixin bütün Avropada cinayət qurbanları günü kimi qeyd olunduğunu deyib. Foto-sərgidə nümayiş olunan şəkillərdə bəşəriyyət tarixində dəhşətli soyqırımlarının əks olunduğu deyən diplomatın sözlərinə görə, tədbirin məqsədi sülh və razılığın möhkəmləndirilməsidir.



Səfir qazaxıstanlı yazıçı Oljas Suleymanovun sözlərini xatırladaraq, heç kimin bu kimi hadisələrin yenidən təkrarlanmasını istəmədiyini söyləyib. “Holokostdan sonra bütün dünya düşünürdü ki, soyqırımı kimi cinayətdən xilas oldu. Əfsus ki, sonrakı hadisələr, o cümlədən Azərbaycanda 1992-ci ildə törədilən Xocalı soyqırımı sübut etdi ki, bu cür hadisələrdən heç kim sığortalanmayıb”.



Sonra soyqırımı qurbanlarının xatirəsinə şamlar yandırılıb. Qeyd edək ki, sərgi salonu müxtəlif zamanlarda baş verən soyqırımlarına dair dörd hissəyə bölünüb: Kamboca (1975-89), Ruanda (1984), Xocalı (1992) və Holokosta (1941-1945).





AzVision.az


Teqlər:





Xəbər lenti