TQDK-dan yenilik

TQDK-dan yenilik
  25 Avqust 2013    Oxunub:1111
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin bölgələrdə keçirilən vətəndaşların qəbuluna qeydiyyatın aparılması üçün TQDK-nın saytında səhifə yaradılıb.
TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, qeydiyyat səhifəsinə daxil olmaq üçün şəxsiyyət vəsiqəsinin nömrə və PİN kodunu müvafiq sahələrə daxil edib «Növbəti» düyməsini basmaq lazımdır.

Növbəti səhifədə qeydiyyatdan keçmək üçün elektron formada nəzərdə tutulan məlumatları müvafiq sahələrə daxil etmək və «Qeydiyyata al» düyməsini basmaqla qeydiyyatdan keçmək lazımdır.

Qeydiyyat qəbul tarixindən bir gün əvvəl saat 18:00-dək aparılır.

Şəxsiyyət vəsiqəsinin nömrəsi və PİN kodu vəsiqənin fotoşəkil olan tərəfində yerləşir.

Vəsiqənin nömrəsi 8 rəqəmdən, PİN kod isə 7 simvoldan («I» və «O» hərfləri istisna olmaqla ingilis əlifbasının hərflərindən və rəqəmlərdən) ibarətdir. Vəsiqənin PİN kodunu axırıncı sətirdə çap edilmiş son 8 simvolun ilk yeddisi təşkil edir.


Teqlər:





Xəbər lenti