`İbrahimbəyov hər ay 20 min pul göndərir`

`İbrahimbəyov hər ay 20 min pul göndərir`
  24 Avqust 2013    Oxunub:1228
EL Hərəkatı Ali Məclisinin sabiq sədr müavini, indi müxalifət liderlərini ölkədə kütləvi iştişaşlar və toqquşmalar hazırlamaqda ittiham edən Əflan İbrahimov virtualaz.org saytının redaksiyasında olarkən EL Hərəkatının və Milli Şuranın üzvü Eldəniz Quliyev ona zəng vurub. E.Quliyev bundan əvvəl jurnalistlərə demişdi ki, o, Əflan İbrahimov adlı adam tanımır, EL Hərəkatında ümumiyyətlə belə adam yoxdur.

Onların söhbəti zamanı bəzi maraqlı məqamlara toxunulub. AzVision.az söhbətdən maraqlı məqamları təqdim edir:

Eldəniz Quliyev:
-İndi sənin mövqeyin belə olmalıdır ki, denən ki, mən oradan çıxmışam, onların yolunu düzgün hesab etmirəm, nə deyirsən de. Amma iğtişaş məsələsini demə. İğtişaş məsələsi dövləti ittihamdır. Başa düşürsən? O, bizə ağır yükdür. Birincisi, sən onu sübut eləməlisən. İkincisi də ki, durduğumuz yerdə niyə işə düşək axı? Bilirsən ki, mən də, Eldar da, Rüstəm də iğtişaşın əleyhinə olmuşuq. Sabitliyi qorumağa çalışmışıq. Biz nə vaxt demişik ki, gəlin xalqa qarşı qarşıdurma edək? Bu söz hansımızınsa ağzından çıxıb?
Əflan İbrahimov:
- Nə siz demisiniz, nə də Rüstəm bəy bunu heç vaxt deməyib. Amma Eldar Namazovla Əli Kərimli bunu deyib.

Eldəniz Quliyev:
- Əli Kərimlinin məsuliyyətini götürmürəm. Amma Eldar heç bir zaman belə bir şey deməyib. Eldarın mövqeyi həmişə yumşaq olub.
...
Əflan İbrahimov:

- ...Sonra AXCP üzvü Şakir mənə zəng edib deyir ki, burada camaata pul paylanılır. Soros Fondu camaata pul paylayır. Hamı da bilir ki, Soros Fondu çevrilişlərlə məşğul olur. Mən onda nə etməli idim?

Eldəniz Quliyev:
- Sənin əlində sübutlar var ki, Soros Fondundan pul alınıb?

Əflan İbrahimov:
- Yoxdur.

Eldəniz Quliyev:
- Sən bilirsən ki, mən evə gedəndə cibimdə çörəkpulu olmur? Sən onu görmürsən?

Əlan İbrahimov:
- Eldəniz bəy, siz Rüstəm müəllimlə danışdınız ki, təşkilata dəftər, qələm almaq üçün pul lazımdır. O da dedi ki, 5 aydır Eldar Namzova hər ay 20 min pul göndərirəm. Bəs bu pul hardandır?

Eldəniz Quliyev:
- Rüstəmin özü maaş alır. Dünyada tanınmış adamdır. Pulu da var. Rüstəm niyə gedib Sorosdan pul alır?

Əflan İbrahimov:
- Bəs Eldar Namazova pul hardan gəlir?

Eldəniz Quliyev:
- Eldarın pulu olsaydı, ac qalardı? Bunu mənə yox, Eldara sual ver. Sən onu niyə prokurorluğa gedib deyirsən? Mətbuata niyə deyirsən? Yaxşı, sağ ol, sonra danışarıq...


Teqlər:  





Xəbər lenti