`Dilqəmin atası həkim nəzarətindədir` - Deputat

`Dilqəmin atası həkim nəzarətindədir` - Deputat
  11 Fevral 2017    Oxunub:2684
Xəbər verdiyimiz kimi, Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun atası Qardaşxan Əsgərovun səhhəti pisləşib. Onu ağır vəziyyətdə Ak.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına yerləşdirilib.

AzVision.az-ın bu haqda yaydığı məlumatdan sonra millət vəkili Qənirə Paşayeva xəstəxanada girovun atasına baş çəkib.

Q. Paşayeva bildirib ki, hazırda Q. Əsgərovun vəziyyətində müsbətə doğru irəliləyiş var: “Hazırda Qardaşxan bəyi xəstəxanada ziyarətdən gəlirəm. Həkimlərin bildirdilər ki, ona yüksək səviyyədə tibbi xidmət göstərilir, daimi nəzarət aldındadır. Müalicəsi davam edir. Həkimlərin sözlərinə görə, o tezliklə sağalacaq.

Qardaşxan bəylə xeyli söhbət elədik. Ona da, həkimlərə də bildiridim ki, nə lazım olsa, bizə xəbər verin, əlimizdən gələn köməyi etməy hazırıq. Bu, bizim borcumuzdur. Ehtiyacları ilə də maraqlandım. Qardaşxan bəyin ən yaralı yeri oğlunun girovluqda saxlanılmasıdır. Oğlu Dilqəmdən danışanda çox kəndərləndi. Onun əslində dərmanı oğlunu azad görməkdir. Dedim ki, bir az səbr eləyin, inşallah Dilqəm azadlığına qovuşacaq.

Xatırladaq ki, 2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər. Qondarma “məhkəmə”nin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:





Xəbər lenti