`Əli Kərimli 500 dollar rüşvət vermişdi`

`Əli Kərimli 500 dollar rüşvət vermişdi`
  10 Fevral 2017    Oxunub:2335
“Bu gün can-başla Əli Kərimlinin tapşırıqlarını yerinə yetirən, onunla birlikdə Azərbaycanda “siyasi məhbus” alverinə girişən Oktay Gülalyevin 1996-cı ildə partiyadan xaric olunması üçün Kərimli AXCP Mərkəzi Nəzarət Təftiş Komissiyasına müraciət etmişdi”.

Bu açıqlamanı AzVision.az-a BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, Gülalıyev günahı partiyanın gəncləri arasında Əli Kərimlinin Elçibəyə etdiyi xəyanətin yayılmasını təşkil etmək idi: “Kərimlinin əlinə fürsət düşmüşdü ki, Gülalıyev İran səfirliyinin qarşısında aksiya keçirib. Ancaq hamı bilirdi ki, AXCP Gənclər Komitəsinin sədri kimi Oktay Gülalıyev Əli Kərimlini Əbülfəz Elçibəyə xəyanət edən və hakimiyyətə satılmış şəxs kimi qəbul edirdi, bu yönəm də partiyanın gəncləri arasında təblığat aparırdı. Kərimli də onu partiya sıralarından xaric etmək istəyirdi. Hətta Əli Kərimli MNTK üzvlərinə rəhmətlik Həsən Kərimovun vasitəsilə 500 dollar rüşvət də vermişdi. Ancaq Əbülfəz Elçibəyin tərəfdarları MNTK–da çoxluq təşkil etdiyindən, Oktay Gülalyev partiyadan xaric olunmadı. Beləliklə, Kərimlinin 500 dolları da batmışdı”.

Orduxanlının sözlərinə görə, bu faktı heç biri təkzib edə bilməz, çünki onlarla şahid var: “Tarixin ironiyasına baxın ki, Oktay Gülalıyev bü gün özünü Əli Kərimlinin silahdaşı kimi göstərir. Buna görə də Oktay bəydən soruşmaq istəyirəm: Əli Kərimlini xəyanətkar adlandırdığın zaman səmimi idin, yoxsa indi?!”


Teqlər:  





Xəbər lenti