Könüllülər hərəkatı fotoqrafların gözü ilə - Fotolar

Könüllülər hərəkatı fotoqrafların gözü ilə - Fotolar
  08 Fevral 2017    Oxunub:7053
“ASAN Könüllüləri” Təşkilatının, Azərbaycan Fotoqrafları Birliyinin və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) dəstəyi ilə “Könüllülər hərəkatı fotoqrafların gözü ilə I ümumrespublika açıq foto sərgisi” keçirilib.
AzVision.az xəbər verir ki, sərginin əsas məqsədi prezident İlham Əliyevin tərəfindən dəstəklənən Azərbaycan könüllülər hərəkatının təbliğinə dəstək vermək, Azərbaycanda mövcud olan könüllülük ənənələrini fotoqrafların obyektivindən ictimaiyyətə nümayiş etdirmək olub.



16 fotoqrafın - Emin Əlizadə, Elnur Abdulla, Elbrus Musayev, Bağman Piriyev, İlkin Salifov, Nurlan Tahirli, Ayaz Mikayılzadə, Pəri Arifqızı, Süleyman Süleymanlı, Tural Cəfərov, Vüqar İbadov və Elmar Əzimli tərəfindən çəkilmiş 34 fotoşəkildən ibarət sərgi 1 ay davam edəcək. Könüllü hərəkatına həsr edilən və ilk dəfə keçirilən fotosərgi təkcə “ASAN Könüllüləri”nin fəaliyyəti ilə məhdudlaşmır. Fotosərgidə həmçinin Formula 1, "Eurovision", Beynəlxalq Bakı Şahmat Olimpiadası, "BAKI 2015" ilk Avropa Oyunları könüllülərinin fotoları nümayiş olunub.



Sərgi çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetinin Elmi Şurasının müvafiq qərarı ilə çapa tövsiyə edilən, könüllülük fəaliyyəti barədə şəxsi inkişafa dəstək məqsədi ilə Nadir Adilov və Elvin Paşayevin həmmüəllifliyi ilə hazırlanan “Könüllülük: Uğurun formulu” kitabının da imza günü keçirilib. Bildirib ki, bu kitabın satışından əldə edilən vəsait könüllülər tərəfindən yaradılan və idarə edilən www.asanmektub.az internet portalına müraciət edən aztəminatlı ailələrin övladlarının məktublarındakı arzuların reallaşdırılmasına yönəldiləcək.



Sonda sərgidə iştirak etmiş fotoqraflar “ASAN Könüllüləri” Təşkilatı və Azərbaycan Fotoqrafları Birliyi tərəfindən sertifikatlar ilə mükafatlandırılıb. Qeyd edək ki, fotoqrafların könüllülərə həsr etdiyi müvafiq fotolar müxtəlif “ASAN xidmət” mərkəzlərinə hədiyyə olunacaq.













Müxbir: Aydan Əmirxan
Foto: Elvin Abdulla




Teqlər:  





Xəbər lenti