Şeyxülislam indi də Çeçenistana gedib

Şeyxülislam indi də  Çeçenistana gedib
  23 Avqust 2013    Oxunub:969
Qafqaz Müsəlmanları İdərasinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti RF Çeçenistan Respublikasının paytaxtı Groznı şəhərində səfərdədir.
QMİ-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfər Çeçenistanın mərhum prezidenti Əhməd Kadırovun anadan olmasının növbəti ildönümü münasibətilə keçirilən tədbirlər çərçəvəsində həyata keçirilir.

Avqustun 22-də Groznı şəhərində QMİ sədri Şeyxülislam A.Paşazadənin sədrliyi ilə Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) növbəti iclası və MDB Müsəlmanları Məşvərət Şurasının səyyar toplantısı keçirilib.

İordaniyadan yenicə səfərdən qayıdan Şeyxülislam A. Paşazadə orada iştirak etdiyi Al-əl-Beyt Fikir müəssisələri Kral Akademiyasının XVI Əmman Konfransı, orada etdiyi məruzəsi, habelə Konfransın Qətnaməsi barədə QXADŞ üzvlərini məkumatlandırıb.

Şeyxülislam A.Paşazadə sədri olduğu QXADŞ-nın fəaliyyəti, gələcək planları barədə Şura üzvləri ilə fikir mübadiləsi aparıb. QXADŞ üzvləri son zamanlar bəzi müsəlman ölkələrində, o cümlədən, Misirdə, Suriyada, İraqda baş verən, günahsız qurbanları minlərlə ölçülən hadisələrlə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıblar.

Səfər davam edir.


Teqlər:





Xəbər lenti