`İbrahimbəyovun hərəkətinə siyasi qiymət verilməlidir`

`İbrahimbəyovun hərəkətinə siyasi qiymət verilməlidir`
  23 Avqust 2013    Oxunub:1065
Müsavat başqanı İsa Qəmbərin müşaviri, Milli Şuranın üzvü Mustafa Hacıbəyli Rusiya Miqrasiya Xidməti əməkdaşının R.İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxması üçün avqustun 13-də müraciət etməsi barədə açıqlamasına münasibət bildirib.

“Rüstəm İbrahimbəyov iyulun 6-da Milli Şuranın prezidentliyə namizədi elan edilib. İyulun 30-da o, Tiflisdə vətəndaşlığının ləğv olunması üçün çalışdığını deyib. Avqustun 12-də Milli Şuranın sessiyasında daha bir namizədin irəli sürülməsinin vacibliyi deyiləndə cavab verilirdi ki, onun vətəndaşlıqdan çıxması məsələsi bir neçə günə həll oluna bilər. Əgər həqiqətən də ərizə avqustun 13-də təqdim olunubsa, buna dərhal siyasi qiymət verilməlidir”,- deyə Hacıbəyli qeyd edib.

AzNews.az


Teqlər:





Xəbər lenti