Qənimət Zahidi kim saxlayır və ya pivəbaz hacının televiziya oyunu

Qənimət Zahidi kim saxlayır və ya pivəbaz hacının televiziya oyunu
  03 Fevral 2017    Oxunub:6405
Azərbaycanda məmurların saxladığı Qənimət Zahid hazırda Fransada ailə saxlayır, uşaq oxudur, mülk alır, gəzir, kef edir və... televiziya yaradır. Operator, montajçı, proqramçı, müxbir saxlayır. Hansı pulla?

Bəlkə Qənimət Zahid “Zəfər tağı”nın altındaca “Üç palma” işlədir? Axı internet televiziyasının yaradılması üçün xeyli məbləğ tələb edilir. Məsələn, video-xəbərlər bölümü olan “a24.az” saytının şef-redaktoru Cəlil Cavanşirin sözlərinə görə, internet televiziyanın yaradılması böyük maliyyə tələb edir: “Çox kiçik texniki vasitələrin alınması 80-90 min manat məbləğ tələb edir. Hələ bunun işçi heyəti, icarə xərcləri və digər məsələləri var”.

Maraqlıdır, Qənimət Zahid haqqında yayımlanan faktlara münasibət bildirərkən deyir ki, bu günə qədər heç kimdən bir manat da pul almayıb. Halbuki, online TV yaratmaq və bu zaman heç bir yerdən maliyyə almadığını iddia etmək sadəcə, həyasızlıqdır. Ona görə də, xaricdə internet televiziyası yaradıb, Azərbaycana qarşı kampaniyalara rəhbərlik edən “qəhrəmanların” fəaliyyətinə ciddi nəzər salmağa ehtiyac var.

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin təsis etdiyi Turan TV fəaliyyətə başlayar-başlamaz ölkəmizin əleyhinə materiallar yaymaqla özünü kimlərinsə gözünə soxmağa çalışdı. 2007-ci ildə Sevgiladə Quliyeva adlı qadına sataşdığına və döydüyünə görə məsuliyyətə cəlb olunan, “Üç Palma” restoranında Xocalı faciəsinin ildönümü günü yaratdığı eyş-işrət məclisi ilə bir müddət mətbuatda məşhur olan Qənimət Zahid bu günlərdə xarici dayılarının pulu ilə yaratdığı telekanalizasiyas ilən yenidən “qucaqlardadır”.

Burada belə bir sual yaranır. Onda Qənimət Zahidi kim saxlayır? Onun gizləndiyi ölkə də kifayət qədər maraqlıdır. Fransa o dövlətdir ki, hər zaman Azərbaycanın əleyhinə çıxıb, işğalçı Ermənistana dəstək verib. Məntiqdən belə çıxır ki, Qənimət Zahidi saxlayanlar ya ermənilərdir, ya da ermənilərdən bizə qarşı istifadə edənlər. Gözünü aç, oxucu-tamaşaçı!..

Femida.az


Teqlər:





Xəbər lenti