Məktəbdəki bıçaqlanma ilə bağlı yeni məlumat

Məktəbdəki bıçaqlanma ilə bağlı yeni məlumat
  03 Fevral 2017    Oxunub:1780
Bakı Şəhər Təhsil İdarəsi (BŞİH) paytaxt məktəbində baş verən bıçaqlanma hadisəsi ilə bağlı açıqlama verib.
BŞİH-dən AzVision.az-a verilən məlumata görə, Binəqədi rayonundakı 217 nömrəli tam orta məktəbdən verilən məlumata görə, 3 fevral 2017-ci il tarixində dərs başlamamışdan əvvəl (saat 8 radələrində) məktəbin həyətində IX sinif şagirdi N.Musayev onunla eyni sinifdə oxuyan E.Əmənova bıçaqla xəsarət yetirib.

Məktəbdən təcili tibbi yardıma müraciət olunub və E.Əmənov xəstəxanaya aparılıb.

Hadisəni törədən N.Musayev isə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb.

Hər iki məktəblinin təlim nəticələrinin, dərsə davamiyyətinin və davranışının normal olduğu qeyd edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti