Hədəf Nəşrlərindən endirimli kitablar

Hədəf Nəşrlərindən endirimli kitablar
  22 Avqust 2013    Oxunub:1572
Hədəf Nəşrləri “Səyyar Kitab” layihəsini təqdim edir.
Binəqədi rayonunda iki günlük kitab sərgisi təşkil olunub.
AzVision.az-ın verdiyi xəbərə görə, Hədəf Nəşrlərinin “Səyyar Kitab” layihəsi yeni mövsümdə də Bakı sakinlərinə qonaq gələcək.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə “Hədəf Nəşrləri”nin birgə gerçəkləşdirdiyi kitab sərgi-yarmarkaları yeni mövsümdə də davam edir.

Hədəf Nəşrlərinin mətbuat xidmətindən verilən məlumata görə, artıq 6 aydır ki, bu işlər “Səyyar kitab” layihəsi çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində növbəti sərgi iki günlük olmaqla Binəqədi rayon Heydər Əliyev parkında baş tutub.

Bu gün başlayan yarmarka eyni iş rejimi ilə və eyni yerdə iki gün davam edəcək. Saat 11:00-da başlayıb saat 18:00-da bitən sərgi-yarmarka çərçivəsində Binəqədi sakinləri həm minlərlə adda müxtəlif nəşr nümunələri ilə tanış olmaq, həm də ucuz qiymətə kitab almaq imkanı qazanıblar.

Kitab sərgisinin məqsədi sakinlərin kitab aləmində olan yeniliklərdən xəbərdar etmək və onlara lazım olan müxtəlif kitab və dərs vəsaitlərinin güzəştli qiymətlərlə satışını gerçəkləşdirməkdir.

Sərgidə təqdim olunan kitablar arasında həm yerli nəşrlərə, həm də xarici ölkələrdə nəşr olunan rus, ingilis və türk dilində olan kitablara, dərs vəsaitləri və digər nəşr nümunələrinə də rast gəlmək mümkündür. “Səyyar Kitabın” təqdim etdiyi məhsullar arasında ali məktəblərə və magistraturaya hazırlaşan gənclər üçün əhəmiyyət daşıyan vəsaitlər də daxildir.

Qeyd edək ki, layihədə iştirak etmək istəyən başqa qurumlar və ya şəxslər (012) 596-66-95 nömrəli telefon vasitəsi ilə əlaqə saxlaya bilərlər.


Teqlər:  





Xəbər lenti