Erməni katalikosu Allahşükür Paşazadəyə məktub göndərdi

Erməni katalikosu Allahşükür Paşazadəyə məktub göndərdi
  22 Avqust 2013    Oxunub:906
Bütün ermənilərin katalikosu II Qaregin Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadəyə məktub göndərib.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Eçmiədzin kilsə dəftərxanasının mətbuat katibi ierey Vaqram Melikyan bildirib. II Qaregin məktubunda QMİ sədrindən erməni əsir Akop İnciqulyanın Ermənistana qaytarılması istiqamətində addımlar atmağı xahiş edib. Vaqram Melikyanın sözlərinə görə, II Qaregin bu məsələdə vasitəçilik etmək üçün Moskva və Bütün Rusiyanın patriarxı Kirillə də müraciət edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti