Dini qurumların siyasi oyunları pisləndi

Dini qurumların siyasi oyunları pisləndi
  22 Avqust 2013    Oxunub:1158
`Bu qurumlardan siyasi oyunlarda istifadə qəbuledilməzdir`
`Dini qurumların siyasi oyunlarda istifadə edilməsi həm etik, həm də qanuni baxımdan düzgün deyil`.

AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov prezident seçkilərində dini qurum və təsisatların rolunu şərh edərkən bildirib.

O, vurğulayıb ki, dini icmaların üzvləri də Azərbaycan vətəndaşlarıdır:

`Onlar cəmiyyətin inteqral hissəsidir. Onları ayırmaq, marginallaşdırmaq, bölmək, cəmiyyətlə onlar arasında uçurum yaratmaq ümumiyyətlə qəbulolunan deyil. Əfsuslar ki, bəzi destruktiv qüvvələr tərəfindən belə addımlar atılır`.


Teqlər:  





Xəbər lenti