Rüstəm Usubov Moskvaya səfər edib

Rüstəm Usubov Moskvaya səfər edib
  16 Yanvar 2017    Oxunub:3008
Rusiya Federasiyası baş prokurorunun dəvəti ilə Rusiya Prokurorluğunun 295 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Baş prokurorun birinci müavini Rüstəm Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti Moskva şəhərinə səfər edib.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Rusiya Federasiyasının Baş prokuroru Yuri Çayka ilə görüşərək azərbaycanlı həmkarının yubiley münasibəti ilə təbriklərini çatdırıb. Görüşdə iki ölkə arasında formalaşmış zəngin tarixə malik və ilbəil daha da genişlənməklə dərinləşən münasibətlər diqqətə çatdırılmaqla, hüquqi sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Azərbaycan nümayəndə heyəti Dövlət Kreml Sarayında keçirilmiş təntənəli yubiley mərasimində iştirak edib. Tədbirdə Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev çıxış edərək Rusiya Prokurorluğunun əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.

Nümayəndə heyətimiz mərasimdə iştirak edən Çin, İsrail, İtaliya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan və digər ölkələrin nümayəndə heyətləri, həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbər vəzifəli şəxsləri, MDB iştirakçı dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi ilə işgüzar görüşlər keçirmiş, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nümayəndə heyətimizi ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu müşahidə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti