Daxili işlər orqanlarında kadr dəyişikliyi olub

 Daxili işlər orqanlarında kadr dəyişikliyi olub
  15 Yanvar 2017    Oxunub:5376
Daxili işlər orqanlarına kadr dəyişikliyi olub.

AzVision.az "Report"a istinadən xəbər verir ki, daxili işlər naziri Ramil Usubovun müvafiq əmrinə əsasən, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin rəisi polis polkovnik-leytenantı Fəxrəddin Şirəliyev və Cinayət Axtarış Şöbəsinin (CAŞ) rəisi polis polkovnik-leytenantı Elman Quliyev tutduğu vəzifədən azad ediliblər.

Digər bir əmrə əsasən isə Masallı Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini, polis mayoru Haqverdi Zeynalov Nəri manov RPİ-nin CAŞ-ın rəisi təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl Masallı RPŞ-nın rəisi polkovnik Nəriman İmanov Nəromanov RPİ-nın rəisi təyin edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti