`2017-ci il Azərbaycanda inkişaf ili olacaq` - Prezidentin məqaləsi (TAM MƏTN)

  13 Yanvar 2017    Oxunub : 17205
`2017-ci il Azərbaycanda inkişaf ili olacaq` - Prezidentin məqaləsi (TAM MƏTN)
Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Prezidenti İlham Əliyevin "2017-ci ildə Azərbaycan iqtisadiyyatının prioritetləri" adlı məqaləsi dərc olunub.

AzVision.az-ın məlumatına görə məqalədə qeyd olunur ki, Azərbaycanın bugünkü uğuru son bir neçə ildə hərtərəfli, konkret və məqsədyönlü səylərin nəticəsidir: "Energetika daxil olmaqla, iqtisadiyyatın müxtəlif sahələrində qlobal layihələrin reallaşdırılması yalnız bizim ölkəmizi rəqabətə davamlı edir, həmçinin regional və beynəlxalq əməkdaşlığa öz töhfəsini verir. Bununla əlaqədar Azərbaycan təbii qazının Avropa bazarına çatdırılması üzrə Azərbaycanın rəhbərlik etdiyi və Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Cənubi Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə öz töhfəsini verib. Bu layihə çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi üzrə işlərin 87%-i, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlərin 72%-i, Trans-Anadolu Boru Kəmərinin (TANAP) inşası üzrə işlərin 60%-i, Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası üzrə işlərin 30%-i icra edilib. Bu yatağın sübut olunmuş ehtiyatları 1,2 trilyon kubmetr qazdır və Şah Dəniz dünyanın ən böyük qaz yataqlarından birdir".

Məqalədə vurğulanıb: "Biz, həmçinin Azərbaycanın tranzit potensialının gücləndirilməsi məqsədilə bir sıra layihələrin həyata keçirilməsinə başlamışıq. Bu il Bakı- Tbilisi- Qars dəmiryolu xəttinin tikintisinin başa çatdırılması planlaşdırılır. Bu layihənin reallaşdırılması Çindən - Avropaya olan yük daşımılarının həyata keçirilməsini 25-30 gündən 12-15 günə düşməsi ilə nəticələnəcək. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan ərazisində olan bütün tikinti işləri ötən il başa çatıb. Bununla da Azərbaycan vacib nəqliyyat qovşağına çevrilir. Bu gün bizim iqtisadi siyasətimizin prioriteti iqtisadiyyatımızın şaxələndirilməsi prosesini davam etdirmək, qeyri-neft sektorunu inkişaf etdirməkdir".

Prezident məqaləsində yazıb ki, Azərbaycanda sənaye sahəsinin inkişaf etdirilməsi məqsədilə sənaye park və zonalarının tikintisi həyata keçirilir.

"2018-ci ildə Sumqayıt Kimya Sənaye Parkında investisiya həcmi 2 milyard dollara yaxın bir neçə zavod fəaliyyətə başlayacaq. Pambıq, tütün, çay, baramaçılıq və digər ixrac yönümlü məhsulların istehsalı genişləndiriləcək və aqro-sənayen parkları və böyük fermaların sayı artırılacaq. İnformasiya sektorunun inkişafı, xidmətlərin keyfiyyəti və ölkənin informasiya tranzit dəhlizi kimi potensialının artırılması məqsədilə işlər davam etdiriləcək. Elektron vizanın təşəbbüsünün həyata keçirilməsi və vergisiz sistemlərin tətbiqi, həmçinin Avropa və "Formula 1" kimi genişmiqyaslı tədbirlərə ev sahibliyi ölkədə turizmin inkişafına öz əhəmiyyətli töhfəsini verir.

Bizim nailiyyətlərimiz hiss edilir və görülür, lakin biz çətinliklərlə qarşılaşırıq. Davam edən qlobal iqtisadi böhran Azərbaycan iqtisadiyyatına da təsir edib və gəlirlərin azalması ilə nəticələnib ki, bu da ötən il ərzində milli valyutanın devalvasiyası ilə nəticələnib. Buna baxmayaraq, biz müvafiq tədbirlər çərçivəsində bu problemləri uğurla həll edirik. Davamlı inkişafın təmin olunması məqsədilə Strateji Yol Xəritəsi hazırlanıb: Struktur, institutsional, pul, maliyyə və digər islahatlar davam etdirilib; vergi və gömrük sahəsində idarəetmə yaxşılaşdırılıb; bütün sahələrdə şəffaflıq təmin olunub. Nümunə olaraq, ötən ilin 10 ayı ərzində ticarət dövriyyəsinin azalmasına baxmayaraq, vergi daxilolmaları 53% artıb".

Ölkə rəhbəri məqaləsində vurğulayıb ki, Azərbaycanın gücü yalnız iqtisadiyyatda deyil, Azərbaycan çoxmillətli ölkədir: "Azərbaycanda müxtəlif etnik qruplar və dinlərin nümayəndələri yüz illiklər ərzində sülh, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşayıb. Dözümlülük ruhu həmişə Azərbaycanda üstünlük təşkil edib və 2016-cı il Azərbaycanda multikulturalizm ili elan olunub. Bizim ölkəmiz artıq sivilizasiyalar, dinlər və mədəniyyətlər arasında dialoqa dair qlobal tədbirlərin keçirildiyi məkana çevrilib. 2016-cı ildə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu uğurla həyata keçirilib ki, bu da Azərbaycanda multikulturalizm ruhuna münasibətin parlaq göstəricisidir. Papa Fransiskin Azərbaycana rəsmi səfəri xüsusilə diqqətə layiq haldır. Bu tarixi səfər zamanı Roma-Katolik kilsəsinin rəhbəri bütün dünyaya aydın mesajlar verdi. Onun Azərbaycanda multikulturalizm haqqında dəyərli fikirləri nəinki reallığı əks etdirir, həmçinin dünya katoliklərinin liderinin qiymətləndirilməsini göstərir".

Prezident qeyd edib ki, Azərbaycan digər sahələr daxil olmaqla, idman sahəsində də müvəffəqiyyətlər əldə edib. Ölkə başçısı məqaləsində diqqətə çatdırıb ki, paytaxt və regionlarda ən müasir idman kompleksləri və müvafiq obyektlər tikilib istifadəyə verilib.

"Dövlət dəstəyi və müasir infrastruktur gənclərin idmana olan marağını artırıb. Böyük yarışlarda idman uğurları artıq ənənənə halını alıb və Azərbaycan idmançıları bir daha bunu Rioda keçirilən Olimpiya Oyunlarında sübut edib. Medalların sayı baxımından bizim idmançılar 18 medal qazanaraq, dünya miqyasında 14-cü, Avropada 7-ci, post-sovet ölkələri arasında ikinci, müsəlman ölkələri arasında birinci olub.

Azərbaycan, həmçinin idman sahəsində ev sahibi kimi yaxşı ölkədir. 2015-ci ildə Bakıda tarixdə ilk dəfə Avropa Oyunları, həmçinin 2016-cı ildə dünyada 500 milyon izləyiciyə malik "Formula 1" üzrə Qran Pri keçirilib. Bu il 2017c- il İslam Həmrəyliyi Oyunları zamanı dünya idman ictimaiyyətinin diqqəti yenidən Azərbaycana yönələcək. İdman sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsi ilə bu cür tədbirlər Azərbaycana gələn turistlərin sayını da əhəmiyyətli dərəcədə artıracaq ki, bu da ölkədə turizm sahəsinin inkişafına töhfəsini verəcək.

Əminəm ki, 2017-ci il Azərbaycanda iqtisadi inkişaf ili olacaq. Biz effektiv iqtisadi islahatların həyata keçirilməsini davam etdirəcəyik. Eyni zamanda sosial yönümlü təşəbbüslərə xərcləri artıracağıq. Bizim iqtisadiyyatımızın şaxələndirilməsi demək olar ki, yekunlaşıb. Hazırda təxminən ÜDM-in 70-% qeyri-neft sektorunun hesabına formalaşır. Bizim bu günə olan əsas hədəfimiz xaricə olan ixracı şaxələndirməkdir. 2016-cı ildə qəbul olunan qərarlar bu hədəflərin reallaşmasına səbəb olacaq. Azərbaycan Ümumdünya İqtisadi Forumunun rəqabətə davamlılıq reytinqində 37-ci yeri (MDB ölkələri arasında birinci yer) tutur və biz inkişafı möhkəmləndirmək üçün qətiyyətliyik".

Tərcümə etdi: Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: