Qatar avtomobillə toqquşdu

Qatar avtomobillə toqquşdu
  21 Avqust 2013    Oxunub:989
Şirvanda qatar qorunmayan dəmir yolu keçidində avtomobillə toqquşub.

Sabirabad rayonu Moranlı kənd sakini 1969-cu il təvəllüdlü Mirəliyev Aslan Mürvət oğlunun idarə etdiyi “NİVA” markalı 54 BH 879 dövlət nömrə nişanlı avtomobillə qorunmayan dəmir yolu keçidini keçərkən qatarla toqquşub. Qəza zamanı avtomobildə olan sürücünün oğlu, 1995-ci il təvəllüdlü Mirəlizadə Eyvaz Aslan oğlu baş nahiyəsindən ciddi zədə alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib və başından əməliyyat olunub. Həkimlərin bildirdiyinə görə, onun həyatı üçün təhlükə yoxdur. Avtomobildə olan sürücü və onun həyat yoldaşı qəzada xəsarət almayıblar.

Faktla bağlı Şirvan xətt polisi tərəfindən araşdırma aparılır. (apa)


Teqlər:  





Xəbər lenti