Çempionlar liqasında sensasiya

Çempionlar liqasında sensasiya
  21 Avqust 2013    Oxunub:1079
Bu gün 2013-2014 Çempionlar Liqasının sonuncu təsnifat mərhələsinin ilk görüşlərinə start verilib. Pley-off mərhələsində bu gün və sabah 5, ümumilikdə isə 10 matç oynanılacaq. Artıq bir sensasiya da imza atılıb. Qazaxıstanın çempionu, Karaqandı şəhərin təmsilçisi “Şaxtyor” adlı sanlı Şotlandiya klubu “Seltiki” məğlub etməyi bacarıb.

Qolları 11-ci dəqiqədə Finonçenko və 77-ci dəqiqədə Xizniçenko vurublar. Əgər qazaxstanlılar Qlazqoda bu hesabı qoruyub saxlaya bilsələr Çempionlar Liqasının qrup mərhələsinə çıxacaqlar. Digər oyunlar isə bunlardır:

Dinamo Zaqreb (Xorvatiya) – Austriya Vyana (Avstriya)
Lyudoqorets (Bolqarıstan) – Bazel (İsveçrə)
Viktoriya Plzen (Çexiya) – Maribor (Sloveniya)
Styaua (Rumıniya) – Legiya Varşava (Polşa)
Sabah isə aşağıdakı oyunlar keçiriləcək:
Olimpik Lyon (Fransa) – Real Sosyedad (İspaniya)
Şalke (Almaniya) – PAOK (Yunanıstan)
Pasoş de Fereyra (Portuqaliya) – Zenit (Rusiya)
PSV Eyndhoven (Hollandiya) – Milan (İtaliya)
Fənərbaxça (Türkiyə) – Arsenal (İngiltərə)

AzVision.az


Teqlər:  





Xəbər lenti