Bakı-İstanbul reysi təxirə salınıb

Bakı-İstanbul reysi təxirə salınıb
  03 Yanvar 2017    Oxunub:1925
“Türkiyə Hava Yolları” şirkətinin Bakıdan İstanbulun Sabiha Gökçen hava limanına bu gün səhər saatlarında həyata keçirilməli olan reysi təxirə salınıb.

AzVision.az-ın məlumatına görə, bu barədə Report Heydər Əliyev Beynəlxalq Hava Limanına istinadən xəbər verib.

Aeroportdan təxirə salınmaya səbəb kimi sərnişin azlığı göstərilib. Təyyarə bu gün səhər saat 06:10-da Bakıdan İstanbulun Sabiha Gökçen aeroportuna uçmalı idi.

Xatırladaq ki, THY-nin bu gün səhər 03:50-də Bakıya çatmalı olan İstanbul (Sabiha) - Bakı uçuşu da təxirə salınıb.

Aeroportdan bildirilib ki, digər reyslərdə heç bir dəyişiklik yoxdur və qrafik üzrə həyata keçirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti