156 ölkədə bayrağımızı qaldıran azərbaycanlı - Video

156 ölkədə bayrağımızı qaldıran azərbaycanlı - Video
  03 Yanvar 2017    Oxunub:3550
156 ölkədə Azərbaycan bayrağı qaldırmış həmvətənimiz 23 ildir səyahət edir. İndiyədək 156 ölkədə olmuş həmyerlimiz Mehrac Mahmudov ilk dəfə Almaniyaya tələbə dostunun dəvəti ilə gedib. Ardınca başqa ölkələrə yolu açılıb. Beləliklə, səyahət etmək həyatının ayrılmaz hissəsinə çevrilib.

Yadında ən rəngarəng qalan ərazı məhz Afrika olub. Fərqlı etnik qruplar, saysız adət-ənənələri kamerasının yaddaşına köçürüb.

Arktikaya səfəri zamanı hətta Şimal buzlu okeanında da üzüb. Deyir ki, 3 metr qalınlığında buzun qırılmasından sonra üzə çıxan buz kimi suda üzmək hər kəsə nəsib olmur.

Səyyah ekvator xəttini 25 dəfə keçib. İndiyə qədər 5 min təyyarə reysi edib. Antarktidaya qədər gedib çıxıb.

Mehrac Mahmudov daha çox ekstremal regionlara səfər etməyi sevir. Deyir ki, getdiyi hər yerə Azərbaycan bayrağını sancıb. Hətta Arktikaya gedən atom buzqıran gəmisinə də bayrağımızı asıb.

Dünyada sayı 200 civarında olan dövlətlərdən 156-sını gəzmiş Mehrac Mahmudov bir neçə ildən sonra dünyanın bütün dövlətlərinə ayaq basmış olacaq. (“Xəzər TV”)



AzVision.az


Teqlər:  





Xəbər lenti