Rusiyanın Ombudsmanı Baş Prokurorluqda olub
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını vurğulayan Baş prokurorun birinci müavini insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, işgəncələrin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan davranış və ya cəzanın qarşısının alınmasında prokurorluğun rolu, iki ölkə arasında insan hüquqları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından dekabrın 28-də Azərbaycan və Rusiya ombudsmanları arasında imzalanmış ikitərəfli əməkdaşlıq sazişinin əhəmiyyətini xüsusi qeyd edib.
Rusiya Federasiyasının İnsan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova səmimi qəbula görə minnətdarlığını bildirərək həmkarının insan hüquqları sahəsində uğurlu fəaliyyətini vurğulamış, eyni zamanda həmin təsisatla qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu bir daha vurğulayıb. Görüşdə Rusiya Federasiyasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Vladimir Doroxin iştirak edib.
AzVision.az