`ASAN Radio`dan sosial aksiya - Fotolar

`ASAN Radio`dan sosial aksiya - Fotolar
  27 Dekabr 2016    Oxunub:2503
Dekabrın 27-də fəaliyyətə başlamasının bir illiyini qeyd edən “ASAN Radio” Beynəlxalq Muğam Mərkəzində “Yeni ilə əl-ələ” adlı sosial aksiya keçirib.
Tədbirdə rəsmi şəxslər, ictimaiyyətin nümayəndələri, həmçinin xüsusi qayğıya ehtiyacı olan insanlar iştirak ediblər. “ASAN Radio”nun direktoru Emin Musəvi çıxış edərək bildirib ki, aksiyanın məqsədi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan insanlara diqqət ayırmaq, onların cəmiyyətə inteqrasiyasına dəstək göstərməkdir.



O, dövlət tərəfindən himayəyə götürülən, xüsusi təyinatlı müəssisələrdən dəvət olunan tədbir iştirakçılarına təşkilatçılar tərəfindən hədiyyələr veriləcəyini vurğulayıb. ASAN könüllülərinin də yaxından dəstək göstərdiyi sosial aksiya incəsənət nümayəndələrinin konsert proqramı ilə davam edib.







AzVision.az


Teqlər:  





Xəbər lenti