Avtovağzal gücləndilimiş iş rejiminə keçdi

Avtovağzal gücləndilimiş iş rejiminə keçdi
  26 Dekabr 2016    Oxunub:5711
Bakı Beynəlxalq Avtovağzalı 25 dekabr - 7 yanvar tarixinədək gücləndilimiş iş rejimində fəaliyyət göstərəcəkdir.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı AzVision.az-a açıqlamasında deyib ki, sərnişin sıxlığını nəzərə alaraq 200 ehtiyat avtobus ayrılıb:

“Bütün istiqamətlər üzrə reyslər yoxlanılıb. Hansı istiqamətlər üzrə sərnişin təlabatı çox olarsa ehtiyat avtobuslar istifadəyə veriləcək. Hər zaman təlabat Gəncə-Qazax, Quba-Qusar istiqamətində olur. Bu il də həmin istiqamətlər üzrə sərnişin təlbatının olacağı gözləlinir. Ümumiyyətlə, hansı region və istiqamət üzrə sərnişin təlabatı çox olarsa qeydiyyat avtobus o istiqamətə veriləcək. Sərnişinlərdən xahiş edirik ki, dekabrın 28, 29, 30-u yola düşəcəklərsə, biletləri öncədən alsınlar”.

Ş.Mehmanqızı qeyd edib ki, həmin gün avtovağzalda sıxlıq olur, bilet az olur.
“Ona görə də hər kəsə bileti öncədən almağı tövsiyyə edirik. Həmin gün gedəcəklərsə, bir neçə saat əvvədən gəlmək lazımdır. Yoxsa bilet tapmaqda çətinlik çəkə bilərlər. 4 80 42 86 nömrəli qaynar xəttimiz aktiv olacaq, sərnişinlərin zənglərini, şikayətlərini cavablandıracayıq, həmin dəqiqə kömək edəcəyik. Bakı Beynəlxalq Avtovağzalının bbak.az saytında isə biletləri onlayn almaq mümkündür. Canlı nəzarət də olacaq. Nə qədər sərnişin sayı çox olursa olsun, yolda qalan olmayacaq və hər kəs yola salınacaq. Bilet alıb çatdıra bilməyənlər növbəti saatda, növbəti reyslə yola salınacaq”.

Qeyd edək ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il bayramı ilə əlaqədar 5 gün qeyri-iş günü olacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti